Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı vəzifəsindən azad olunub. Lent.az-ın məlumatına görə, bu barədə musavat.com-a özəl mənbədən daxil olub. Xəbərdə qeyd olunur ki, Z. Əliqızı “Bakı təhsili” qəzetinin baş redaktor postundan da uzaqlaşdırılıb.
Z. Əliqızı ilə əlaqə saxlamaq mümkün olmayıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Lent.az-a verdiyi məlumata görə, hələlik təhsil nazirinin bununla bağlı rəsmi əmri yoxdur: “Lakin yaxın zamanlarda bu məsələyə dair əlavə məlumat veriləcək”.