Zəminə Əliqızından vəzifə dəyişikliyi barədə açıqlama
28 oktyabr 2013 10:16 (UTC +04:00)

Zəminə Əliqızından vəzifə dəyişikliyi barədə açıqlama

 

Bir neçə gün əvvəl təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad olunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı fəaliyyətini BŞTİ-nin Aparatında baş məsləhətçi kimi davam etdirəcək. Lent.-azın məlumatına görə, bu barədə Z. Əliqızı özünün facebook səhifəsində məlumat verib. Özü barədə yayılan xəbərlərə aydınlıq gətirən Z. Əliqızı BŞTİ-də yeni işə başladığını vurğulayıb: “Bu günlərdə haqqımda yayılan xəbərlərlə bağlı bir açıqlama verməyi özümə borc bildim. Əvvəla, ilk növbədə ünvanıma xoş sözlər səsləndirən Dostlarıma təşəkkür edirəm. Çox sağ olun! Əskik olmayasız! Fəaliyyətə başladığı ilk vaxtdan çalışdığım, ikinci evim hesab etdiyim doğma kollektivim olan Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu gündən yeni vəzifəmdə işə başlayıram. Təhsil naziri Mikayıl Cabbarovun 3 gün əvvəl imzaladığı əmrə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi Aparatında Baş məsləhətçi kimi xidmətimi davam etdirəcəm. Mən bu vəzifəyə öz xahişimlə təyin olunmuşam. Nə "işdən çıxarılmışam", nə də "uzaqlaşdırılmışam". Dövlət idarəetməsi üzrə mütəxəssis ixtisasıma uyğun olaraq işlədiyim İdarənin daha da böyük uğurlar qazanmasında bundan sonra da vicdanla çalışacam. "Bakı Təhsili" qəzetinə gəlincə. Bilməyənlər bilsinlər! "Bakı Təhsili" adlı qəzetin təsisçisi şəxsən özüməm. Məntiqlə təsisçisi olduğum qəzetdən özüm - özümü uzaqlaşdıra bilmərəm. Əminəm ki, dövlətimizin və nazirliyimizin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında qoyduğu məqsəd və vəzifələrin peşəkar səviyyədə reallaşdırılması üçün Nailə Rzaquliyevanın rəhbərliyi altında fəaliyyətimiz daha da genişlənəcək. Biz, çoxlu ilklərin müəllifi olan kollektivimizlə prinsiplərimizə sadiq qalaraq hələ çoxlu uğurlar qazanacağıq. Allah hamımıza kömək olsun”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442
avatar

Oxşar yazılar