Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarıldı
30 oktyabr 2013 15:53 (UTC +04:00)

Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarıldı

Səhiyyə Nazirliyi sistemində yeni kadr dəyişikliyi aparılıb.


 

APA-nın xəbərinə görə, Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudov səhiyyə nazirinin əmrinə əsasən, tutduğu vəzifədən azad olunub. Adı korrupsiyada hallanan baş həkimin fəaliyyətindəki nöqsanlara görə işindən çıxarıldığı bildirilir.

 

Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979
avatar

Oxşar yazılar