Zamanın durduğu yer, qərib Xudafərin, bizim dağlar
11 sentyabr 2013 10:34 (UTC +04:00)

Zamanın durduğu yer, qərib Xudafərin, bizim dağlar

Bakıdan Naxçıvana quru yoluyla İrandan keçməklə mümkündür; ensiz  magistral yolla. Əslində bu “İran yolu” uzun illərdən bəri var idi, amma sadəcə yük

daşımaları üçün. Amma son illər bu yolla Bakıdan Naxçıvana sərnişin avtobusları da hərəkət edir, şəxsi maşınlarla da gediş-gəliş var.

 

Yol uzundur. Amma bu yolda elə bir bir məkan var ki, ora çatdıqdan sonra sanki zaman durur: yandırılmış evlər, viran qoyulmuş kəndlər və...məhv olmuş xatirələr.

Bütün bunlarla aramızda 100, bəzən isə 50 metrdən də

yaxın məsafə olur. Bu zaman hava da ağırlaşır, nəfəs almaq olmur.

 

Bu ərazilər indi insansız qalıb, heç işğalçı əsgərlər də gözə dəymir, ölüm sakitliyi

var hər yerdə. Amma Arazın bu tərəfində uşaqlar oynayır, zəmilər biçilir, ağaclar yaşıldır.

Fərq o qədər böyükdür ki, insan dəhşətə gəlir.

Əvvəllər biz Arazın o tayından, öz tərəfimizdən bu tayına həsrətlə baxardıq. İndi bu tayından o tayına, öz tərəfimizə həsrətlə baxırıq.

 

Bu yol üstündə bir abidə var, nədənsə onu görəndə adam daha da kövrəlir:

Xudafərin körpüsü. İnsanların qovuşma, vüsal körpüsü... İndi heç nəyi

Qovuşdurmur bu körpü, bir qərib kimi sakitcə, səssiz-səmirsiz dayanıb...

 

Amma ən kövrəldici an qürub edən günəşin son parıltılarında görünən dağlardır. Bizim dağlar!

 

Görən o dağlarda gəzə biləcəyikmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979

Oxşar yazılar