Elvin Cəfərquliyev 4 ay sonra  “Qarabağ”ın heyətində meydana çıxdı
09 iyul 2026 21:47 (UTC +04:00)

Elvin Cəfərquliyev 4 ay sonra “Qarabağ”ın heyətində meydana çıxdı

0

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev uzun müddət sonra yenidən komandanın heyətində oyuna çıxıb.

Lent.az xəbər verir ki, müdafiəçi Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Vestri” (İslandiya) ilə keçirilən oyunun 65-cı dəqiqəsində meydana daxil olub. 

O, qarşılaşmada Bruno Lanqanı əvəzləyib.

Xatırladaq ki, futbolçu ötən mövsümün aprelində intizamsızlıq səbəbilə baş məşqçi Qurban Qurbanov tərəfindən cəzalandırılaraq əsas heyətdən uzaqlaşdırılmışdı.

Hazırda davam edən matçda Ağdam klubu 3:0 öndədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar