Zakir Qaralov Xırdalanda vətəndaşları qəbul edib
05 dekabr 2014 18:13 (UTC +04:00)

Zakir Qaralov Xırdalanda vətəndaşları qəbul edib

0

Baş prokuror Zakir Qaralov Xırdalanda vətəndaşları qəbul edib. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərindən, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşların şikayətləri dinlənib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 50-yə yaxın vətəndaşın müraciətlərinə baxılıb. Qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar