Zakir Həsənovun müdafiə naziri kimi – İLK FOTOSU
25 oktyabr 2013 13:06 (UTC +04:00)

Zakir Həsənovun müdafiə naziri kimi – İLK FOTOSU

 

Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun general-polkovnik rütbəsində ilk fotosu Müdafiə Nazirliyinin saytında yerləşdirilib. 
 Lent.az-ın məlumatına görə, saytda yeni nazir haqqında avtobiorafik məlumatlar da yer alıb:

6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 

 1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 

Tağım komandiri vəzifəsindən başlayaraq 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında qərərgah rəisinin müavini, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə irəli çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib. 

Horadiz əməliyyatları da daxil olmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə "Hərbi xidmətlərinə görə" medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı ilə təltif edilib. 

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib. 

Ailəlidir. Üç övladı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3402
avatar

Oxşar yazılar