Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
30 noyabr 2017 13:16 (UTC +04:00)

Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

0

Noyabrın 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz ilə görüşüb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə,  geniş tərkibdə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

 

İki qardaş dövlətin rəhbərləri və xalqlarımız tərəfindən daim dəstəklənən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsinin vacibliyinin vurğulandığı görüşdə təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət  ekspert qruplarının qarşılıqlı səfərlərinin, eləcə də Quru Qoşunları, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar