Bakının Neftçilər prospektində çoxlu sayda polis avtomobili toplaşıb. Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, Azadlıq Meydanında Post Patrul Xidməti və Dövlət Yol Polisi avtomobilləri bir neçə sırada düzülüb.
Məlumata əsasən, avtomobillərin sayı 100-ü ötür.
Bildirilir ki, yığılmış avtomobillər yeni alınıb və sabah Daxili İşlər Nazirliyinin müvafiq bölmələri arasında paylanacaq.