YUNESKO İranı məyus etdi
28 noyabr 2013 16:58 (UTC +04:00)

YUNESKO İranı məyus etdi

YUNESKO-nun Baş Konfransının iclaslarında 2014-2015-ci illər üçün ölkələrin təqdim etdiyi siyahılar üzrə XV əsrin görkəmli Azərbaycan musiqişünası və ensiklopedik zəka sahibi Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsəri müəllifinin adı göstərilmədən İranın irəli sürdüyü nominasiya kimi keçib.

 

Lent.az-ın AMEA-ya istinadən verdiyi məlumata görə,  ilkin olaraq həmin məsələ artıq YUNESKO-nun İcra Şurasında rəsmən təsdiq edilib və bundan sonra  Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov məktubla YUNESKO-nun baş direktoru İrina Bokovaya müraciət edib. R. Hüseynov  buraxılmış səhvin təcili olaraq düzəldilməsini tələb edib. Rafael Hüseynovun məktubunda ilk növbədə 600 illiyinin qeyd edilməsi nəzərdə tutulan “Məqasid ül-əlhan” risaləsinin anonim bir əsər olmadığı, həmin qiymətli kitabın böyük Azərbaycan alimi Əbdülqadir Marağayi tərəfindən yaradıldığı bildirilib.

 

Millət vəkili Marağayinin “Məqasid ül-əlhan” əsərinin 600 illik yubileyinin YUNESKO təqviminə təkcə İranın deyil, məsələnin obyektiv və ədalətli həllini tapması üçün Azərbaycan da daxil olmaqla bir sıra əlaqədar ölkələrin qatılması ilə daxil edilməsi təklifini irəli sürüb və bu məsələ müsbət həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar