Yol polisi Azərbaycan paytaxtındakı təhsil müəssisələrinin yanında iş aparır.
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
O qeyd edib ki, “Bilik Günü” ilə əlaqədar paytaxt ərazisində nəqliyyat vasitələrinin intensiv hərəkəti ilə əlaqədar BŞDYPİ-nin yol patrul xidmətinin əməkdaşları paytaxt ərazisində gücləndirilmiş iş rejimində çalışır və hazırda paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti tam normallaşıb: “Bu gün səhər saatlarından saat 11:30-a qədər paytaxt ərazisində maddi ziyanla nəticələnən 1 yol qəzası baş verib. Respublikada 1 milyon 200 min avtomobil var və bu avtomobillərin 70%-nin paytaxt ərazisinə düşdüyünü nəzərə alsaq, tıxacların olması labüddür”.
V.Əsədov sürücülərə müraciətində təhsil müəssisələrinin yanında nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi və parklanmaya xüsusi diqqət göstərməyi tövsiyə edib.