Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 313-2.1-1 maddəsi əlavə olunur.
Yeni maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə sərt cəzalar tətbiq olunacaq.
Bu hallarda 160 saatdan 240 saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək inzibati həbs tətbiq olunacaq.
Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.