Yırtıcıların nəslinin kəsilməsi iqlimə təsir edirmiş
02 mart 2013 16:14 (UTC +04:00)

Yırtıcıların nəslinin kəsilməsi iqlimə təsir edirmiş

 

Ən yırtıcı heyvanların (şirlər, canavarlar və köpək balıqları) məhv edilməsi ekosistem üçün faciə olacaq və bu iqlim dəyişikliyini sürətləndirə bilər. Lent.az-ın məlumatına görə, cəngəlliklərin, çöllərin və okeanların hökmdarlarının kütləvi olaraq nəslinin kəsilməsi atmosferə daha çox istixana qazının düşməsinə gətirib çıxarır.

 

Bu nəticəyə Britaniya Kolumbiyası Universitetinin alimi (Kanada) Trişa Etvud gölləri, Kanada və Kosta-Rikanın çaylarını araşdıraraq gəlib. Müxtəlif ekosistemlərdə və iqlim qurşaqlarında o eyni mənzərə ilə qarşılaşıb: əgər yırtıcıları məhv etsək (məsələn, göldən bütün forelləri tutsaq), karbon emissiyaları 10 dəfədən çox artacaq.

 

“Qida kaskadı”-nın geokimyəvi tərəfi hələ ki, yaxşı öyrənilməsə də, T.Etvud göstərə bildi ki, ən azından suda yaşayan ekosistemlərdə fotosintetik yosunlara kimi bütün zəncir boyu baş verən dəyişikliklər karbon qazının atmosferə çıxışının artımına gətirib çıxarır. Əlbəttə, belə effekt hər zaman olmayacaq.

 

Bu mövzuya dair digər tədqiqatlar da mövcuddur. Santa-Krusda (ABŞ) yerləşən Kaliforniya Universitetindən Kristofer Uilmers Şimali Amerikanın sahilboyu sularından dəniz meymununun yox olması ilə karbon qazının artması arasındakı əlaqəni aşkar edib.

Digər tədqiqatlar göstərdi ki, Yeni Zelandiyanın sahillərində bəzi ada ekosistemləri özünün ən yırtıcı heyvanları - dəniz quşlarının koloniyaları vaxtaşırı məhv edən siçovullar sayəsində 40% daha çox karbon tədarük edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar