Yenicag.az saytının 10 yaşı tamam olub
05 sentyabr 2017 13:07 (UTC +04:00)

Yenicag.az saytının 10 yaşı tamam olub

0

 

Bu gün Yenicag.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur.

 

Lent.az-ın məlumatına görə, 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan Yenicag.az 2007-ci il sentyabrın 5-də yayıma başlayıb.

 

 

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını işıqlandıran saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.

 

 

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk və rus dili versiyaları da yayıma başlayıb.

 

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan sayt ölkədə həyata keçirilən media layihələrində yaxından iştirak edir.

 

Yenicag.az-ın rəhbəri Aqil Ələsgərin təşəbbüsü və dəstəyi ilə Xocalı Soyqırımının canlı şahidlərindən biri olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabı nəşr olunub.

 

 

Bu gün “Yeni Çağ Azərbaycan” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi üç-dörd milyon arasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar