Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan İnformasiya Texnologiyaları Universiteti bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib.
Ə. Abbasov onu da vurğulayıb ki, hazırda sözügedən ali məktəb üçün müvəqqəti bina axtarılır ki, daha sonra müvafiq yerdə bu universitet üçün düşərgə tipli yeni bina tikiləcək: “Cari ilin yay aylarında İnformasiya Texnologiyaları Universitetinə qəbul imtahanları keçiriləcək ki, sentyabr ayından etibarən bu ali təhsil müəssisəsi fəaliyyətə başlayacaq”.