Yeni ildə sakitlik olacaq?
12 dekabr 2014 20:36 (UTC +04:00)

Yeni ildə sakitlik olacaq?

0

Dövlət Gömrük Komitəsi (DGK) bilavasitə satış məntəqələrində qadağan olunmuş pirotexniki məmulatları müsadirə edəcək.

 

APA-nın “Trend”-ə istinadən məlumatına görə, bu barədə DGK-nın sədr müavini Əsgər Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycana pirotexniki məmulatlar qaçaqmalçılıq yolu ilə gətirilir: "Gömrük Komitəsi belə faktların aradan qaldırılması üzərində işləyir, lakin qaçaqmalçılar ölkəyə qanunsuz olaraq pirotexniki məmulatlar keçirməyə müvəffəq olurlar".

 

Qeyd edək ki, Azərbaycanda pirotexniki vasitələrin satışı qadağan edilib, lakin bayramlar, xüsusilə Yeni il ərəfəsində ölkədə müxtəlif pirotexniki məmulatların satışı faktlarına tez-tez rast gəlinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar