Yazıb-oxumağı bacarmayan şagirdlərlə bağlı araşdırma aparılacaq
27 iyul 2013 14:44 (UTC +04:00)

Yazıb-oxumağı bacarmayan şagirdlərlə bağlı araşdırma aparılacaq

 

 

Təhsil Nazirliyi V sinfə çatdığı halda yazıb-oxumağı bacarmayan şagirdlə bağlı ayrıca araşdırma aparmalı və bunun səbəbinin aydınlaşdırılmalı olduğunu bəyan edib.

 

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə məktəb psixoloqunun və müəllimlərin rəyi alınmaqla müvafiq təklif hazırlanmalıdır: “Çünki ola bilər ki, uşaq müəyyən əlamətlərinə görə, ümumtəhsil məktəbinin proqramlarını mənimsəməkdə çətinlik çəkir”.

 

 

Nazirlikdən həmçinin bildirilib ki, ümumtəhsil məktəblərində qiymətləndirmə növlərinin aparılması texnologiyalarını əhatə edən təkmilləşdirilmiş metodik göstərişlər hazırlanır. Təkmilləşdirilmiş metodik göstərişlər yeni dərs ili ərəfəsində məktəblərə çatdırılacaq.

 

Təhsil Nazirliyi onu da bildirib ki, summativ qiymətləndirmə ilə bağlı test tapşırıqlarını çoxaltmağa texniki imkanları olmayan məktəblərdə müəllim həmin seçim variantlı test tapşırıqlarını dərsdən əvvəl lövhəyə yaza bilər. Şagirdlər düzgün hesab etdikləri variantları dəftərlərində (yaxud ayrıca vərəqdə) qeyd edə bilərlər. Tapşırıqların yoxlanması isə heç bir çətinlik yaratmır. 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar