Dolu və sulu qar gözlənilir - <span style="color:red;">XƏBƏRDARLIQ
05 sentyabr 2016 12:43 (UTC +04:00)

Dolu və sulu qar gözlənilir - XƏBƏRDARLIQ

0

Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmanetindən Lent.az-a verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-28°, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31°, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar