Yaponiya Lerikdə xəstəxananı təmir edəcək
04 mart 2013 20:41 (UTC +04:00)

Yaponiya Lerikdə xəstəxananı təmir edəcək

Yaponiya hökumətinin  “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Lerik Mərkəzi Rayon Xəstəxanasının (MRX) pediatriya şöbəsinin təmir olunmasına dair layihənin təqdimatı keçirilib.  APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə martın 4-də Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabenin, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyevin, səhiyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə ümumi məbləği 123,246 ABŞ dolları olan layihəyə dair müqavilə imzalanıb. Çıxışlarda bildirilib ki, layihənin əsas məqsədi Lerik MRX-nın pediatriya şöbəsinin təmir edilməsi ilə rayon mərkəzində və kəndlərdə yaşayan müalicəyə ehtiyacı olan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.  Layihədən faydalanan uşaqların sayı isə 22.000  nəfərdir.

 

Qeyd edək ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lerik rayonunda bundan əvvəl daha 2 layihə üzrə qrant müqaviləsi imzalanmaqla 2003-cü ildə ümumi məbləği 80 min 813 ABŞ dolları təşkil edən orta məktəb binasının inşası, 2012-ci ildə  isə ümumi məbləği 102 min 696 ABŞ dolları təşkil edən Şingədulan kənd tibb məntəqəsinin tikintisi layihəsi həyata keçirilib.

 

Mərasimin sonunda Yaponiya səfirinə xatirə olaraq əl ilə toxunmuş Lerik xalçası, rayonun sosial-iqtisadi inkişafından bəhs edən kitablar hədiyyə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar