Zığda sürüşmə fəallaşıb
14 iyun 2017 15:19 (UTC +04:00)

Zığda sürüşmə fəallaşıb

 

Son günlər yağıntıların çox olması ölkə ərazisində sürüşmə sahələrində aktivləşməyə səbəb olub.

 

Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

 

Ə.Qaralovun sözlərinə görə, Bakı ərazisində daha çox fəallaşma Zığ  sürüşmə sahəsində qeydə alınır.

 

Ə.Qaralov qeyd edib ki, aramsız yağışlar sürüşməni aktivləşdirdiyi üçün Şamaxı rayonu ərazisində fəsadlar var: “Sürüşmə nəticəsində rayonun Çaylı kəndində bir neçə ev qəzalı vəziyyətə düşüb, eyni zamanda pay torpaqlarında sürüşmə prosesi hazırda davam edir. Bizim əməkdaşlar sürüşmə qeydə alınan ərazilərə yollanıb və müfəssəl, yerində baxış keçiriləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar