Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yağış axşama doğru tədricən kəsiləcək, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti , Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.