Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisinə müşahidə olunan qeyri-sabit hava şəraitinin səbəbini açıqlayıb.
Departamentin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, ölkə ərazisinə şimal-qərbdən soyuq hava kütlələri daxil olub. Bu gün də ölkə ərazisinə yağıntılı hava şəraiti müşahidə olunacaq, rayonlarda da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. A. Verdiyev deyib ki, belə hava şəraiti mart ayı üçün xarakterikdir.
Martın 31-i gündüzdən yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Aprelin 1-dən isə yağmursuz hava hökm sürəcək.