Xoşbəxt Yusifzadə “Şərəf və Vicdan” ordeni ilə təltif edildi
21 oktyabr 2013 16:52 (UTC +04:00)

Xoşbəxt Yusifzadə “Şərəf və Vicdan” ordeni ilə təltif edildi

Bu günlərdə ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən böyük elmi xidmətlərinə görə “Şərəf və Vicdan” ordeni ilə təltif edilib. Bu barədə Lent.az-a ARDNŞ-dan məlumat verilib.

 

Xatırladaq ki, akademik X. Yusifzadə Azərbaycan Respublikasının və keçmiş Sovetlər İttifaqının bir çox nüfuzlu dövlət təltifləri və mükafatları ilə yanaşı, 2008-ci ildə neft sənayesinin inkişafında və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 2009-cu ildə isə qazandığı uğurlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən ''İlin alimi'' fəxri adına, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 25 noyabr 2011-ci il tarixli qərarı ilə Türk Dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə ''Türk Dünyasının Fəxri Alimi'' Beynəlxalq Mükafatına da layiq görülüb.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228

Oxşar yazılar