Bakıdakı 307 saylı orta məktəbdə "Xocalı - Əsrin Faciəsi" adlı tədbir keçirilib. APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə məktəbin təlim tərbiyə üzrə direktor müavini Nüşabə Xəlilova açaraq, Xocalı faciəsi haqqında məlumat verib.
Daha sonra məktəbin direktoru İqbal Kərimov uşaqlara bu faciənin dəhşətlərindən söz açıb.
İbtidai sinif şagirdləri də Xocalı faciəsindən, bu faciənin xarici mətbuatda işıqlandırılmasından danışıblar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş mahnılar səsləndirilib, şerlər deyilib, faciəyə həsr olunmuş səhnəciklər göstərilib.