Xızı rayonuna 2 milyon manat ayrıldı
23 iyul 2014 19:05 (UTC +04:00)

Xızı rayonuna 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar