Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 8-ci küçə, ev 21-də yaşayan Şakir Həsənovun mənzilinə bir neçə gündür ki, qaz gəlmir. Lent.az-a müraciət edən şikayətçi bildirib ki, onun problemi qaz kartı ilə bağlıdır: “Qaz sayğacım bir müddət əvvəl koda düşmüşdü. Abşeron Qaz İstismar Sahəsinin əməkdaşları həmin sayğacı yenisi ilə əvəz etdilər. Lakin hələ də həmin sayğacın kartını verməyiblər. Buna görə də mənzilə qaz gəlmir. Müraciət edəndə də, deyirlər verəcəyik. Ailəmiz bu soyuq günlərdə qazsız qalıb”.
Şikayətçi bir daha aidiyyatı qurumlardan onun probleminin həll olunmasını həll etməyini xahiş edib.