Xidmət rəisi sərnişindaşıma ilə məşğul olan sahibkarların fəaliyyətini tənqid etdi
11 iyun 2018 15:51 (UTC +04:00)

Xidmət rəisi sərnişindaşıma ilə məşğul olan sahibkarların fəaliyyətini tənqid etdi

"Təəssüf hissi ilə qeyd edilməlidir ki, nəqliyyat vasitələrin reysqabağı texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsi ilə əlaqədar bir sıra çatışmazlıqlar mövcuddur".

 

"APA-Economics" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

 

“Qanunvericilikdə müəyyən edilmiş vəzifələrimizin yerinə yetirilməsində, bu yoxlamaların aparılma mexanizmində, habelə hüquqi məsuliyyət məsələlərində boşluqlar var. Belə ki, yetərli sayda qaraj təsərrüfatı yoxdur, daşıyıcılar əsasən maddi-texniki bazası zəif olan fərdi sahibkarlardır. Belə vəziyyət bizi qane etmir və bu çatışmazlıqların aradan qaldırılması və yoxlamaların aparılması metodologiyasının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər hazırlanır, bu sahədə məsləhət xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq nəzərdə tutulur”,- deyə H.Həsənov vurğulayıb.

 

 

H.Həsənov onu da əlavə edib ki, narahatlıq doğuran əsas məqamlardan biri də nəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir: “Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77%-i, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

APA Baycan

Oxşar yazılar