Xarici texnologiyalar  gətiriləcəkmi?
26 fevral 2013 18:40 (UTC +04:00)

Xarici texnologiyalar gətiriləcəkmi?

Kənd təsərrüfatı naziri İsmət Abbasov Fransanın Aşağı Normandiya regionuna səfər edib. Regionun Fransa parlamentində deputatı Natali Qulye, vilayətin Alenson şəhərinin meri Yoaxim Pueyo ilə görüşlər keçirib. Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri yaradılması üzrə fikir mübadiləsi aparıb. Bu barədə Lent.az-a Kənd Təsərrufatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Orn vilayətində yerləşən “Riches Monts və pendirlər” şirkətinin fəaliyyəti və istehsal prosesi ilə tanış olan nazir bu  texnologiyaların Azərbaycanda tətbiqi imkanlarını da müzakirə edib.  

 Daha sonra nazir İ. Abbasov Orn vilayətində yerləşən Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutuna gedib. Normandiya cinsinə məxsus olan inəklərin saxlandığı təcrübə ferması ilə tanış olub.

 “İMV Technologies” şirkətində olub və süni mayalama üzrə geniş çeşidli məhsullara baxış keçirib. Şirkətin məhsullarının Azərbaycana idxalının mümkünlüyü müzakirə edib.  

  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar