Azərbaycan Dövlət Pedaqoji Universitetində Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü münasibətilə keçirilən simpoziumun ilk günü olub. Lent. az-ın məlumatına görə, 2 gün davam edəcək simpoziumda Türkiyənin Hacəttəpə Universitetinin, Ankara Universitetinin, Şimali Kipr Türk Cumhuriyyətinin Yaxın Doğu Universiteti və Dağıstan Dövlət Universitetindən ümumilikdə 50-yə qədər nümayəndə iştirak edib. ADPU-nun professor-müəllim heyətinin, ictimai-siyasi xadimlərin və tələbələrin iştirakı ilə keçirilən simpoziumda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb. Simpoziumda Qafqaz Universitetinin rektoru Ahmed Sanıç və Hacəttəpə Universitetinin dekanı, professor Ayşə Kran da çıxış ediblər.
Qeyd edək ki, simpoziumun açılışı, plenar və bölmə iclasları bu gün ADPU-da keçirilib. Bölmə iclaslarının davamı, simpoziumun yekun iclası isə mayın 4-də Qafqaz Universitetində olacaq.