“2007-2015-ci illəri əhatə edən gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramına uyğun olaraq, ötən il 573 nəfər xarici universitetlərdə təhsil alıb”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Həsən Həsənli bildirib. Onun sözlərinə görə, gənclərin xaricdə təhsili ilə bağlı yeni dövlət proqramı hazırlanıb: “Dövlət proqramı ilə bağlı layihə hökumətə təqdim olunub. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə qeyd edib ki, bu ildən etibarən “Sabah” qruplarının əhatə dairəsi genişləndirilib. Bu il ilk dəfə olaraq mədəniyyət və incəsənət ixtisasları da “Sabah” qrupunun siyahısına daxil edilib. Onun sözlərinə görə, 2015-ci ildə 1600 nəfər “Sabah” qrupuna qəbulla bağlı test imtahanında iştirak edib. Onlardan 1277 nəfər müsahibə mərhələsinə keçib.