Xaricdə distant formada təhsil alanlara bəd xəbər
26 iyul 2013 17:51 (UTC +04:00)

Xaricdə distant formada təhsil alanlara bəd xəbər

 

Distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədi Azərbaycanda tanınmır.

 

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi xarici dövlətlərin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) prosedurunun nazirlik tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla həyata keçirdiyini açıqlayıb.

 

 

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar