Nəsimi rayonu, 20 Yanvar küçəsi 24 ünvanında ağac kəsimi davam edir. Bununla bağlı Lent.az-a müraciət edən şikayətçi sakin Orxan Əliyev bildirir ki, "TFM SMART PROJECT" MMC-nin apardığı qazıntı işləri zamanı xeyli sayda qanunsuz ağac kəsilib: “Orada işləyən fəhlələr bildirdilər ki, buradakı bütün ağaclar kəsiləcək və bizim binamızın qarşısında yeni bina tikiləcək”.
O.Əliyev onu da deyib ki, tikintini aparan Hüseynov Abbas Həsən oğlu bu ilin yanvar ayında da ərazidə xeyli sayda ağacın kəsilməsinə görə 2900 manat cərimə olunub: “Bununla bağlı dəfələrlə "IDEA ictimai birliyi"nə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik. Sakinlər ərazidə olan ağacları nömrələyib fotoşəkillərini də çəkib aidiyyəti orqanlara göndərib.
Biz istəmirik ki, bu ağaclar məhv edilsin”.
Onun sözlərinə görə bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildiribər ki, əslində orada ağac kəsilməyib. Ağac yerindən çıxarılıb ki, yenidən əkilsin. Və həmin ərazidə park salınması planlaşdırılır.