Veteranları sevindirən xəbər
22 fevral 2013 13:36 (UTC +04:00)

Veteranları sevindirən xəbər

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Veteranlar haqqında" qanuna dəyişiklik müzakirə olunub.

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik barədə MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Hadi Rəcəbli bildirib ki, Azərbaycanda veteranların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə onlara dövlət tərəfindən sosial xidmətlər göstəriləcək. Onun sözlərinə görə, “Veteranlar haqqında” qanuna “Sosial xidmət” haqqında qanuna əsasən dəyişiklik olunur. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara "Sosial xidmət haqqında" qanuna uyğun olaraq sosial xidmət göstərilir: “Azərbaycanda 90 min veteran var. Bu dəyişiklik onların həyat şəraitini yaxşılaşdıracaq”.

Sənəd müzakirəyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367
avatar

Oxşar yazılar