Vətəndaşların narazılıq etdiyi dərslik müzakirə olunub
18 yanvar 2013 09:58 (UTC +04:00)

Vətəndaşların narazılıq etdiyi dərslik müzakirə olunub

TQDK-da Ümumtəhsil məktəblərin 4-cü sinif riyaziyyat dərsliyinin və müəllimlər üçün metodik vəsaitin elmi-metodiki monitorinqinə həsr olunmuş seminar iclası keçirilib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün riyaziyyat dərsliyinin və müəllimlər üçün metodik vəsaitin müzakirəsi ilə bağlı olub.  Dərslik məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib. 

Müzakirədə Azərbaycan  Respublikası Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Həsənova, ADPU-nun dosenti Seyidağa Həmidov, professor Məmməd Bayramov və dərslik müəllifi Nayma Qəhrəmanova iştirak ediblər. 

Müzakirədə müxtəlif fikir və rəylər səsləndirilmiş və təkliflər bildirilib. 

 Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və müzakirələrdə səslənmiş fikirlər əsasında yekun rəy hazırlanaraq müəllifə və müvafiq quruma göndəriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar