Vətəndaşlar Təhsil Nazirliyindən nə istəyir?
01 aprel 2015 18:04 (UTC +04:00)

Vətəndaşlar Təhsil Nazirliyindən nə istəyir?

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən Lent.az-a bildirilib ki, Telefon Məlumat Mərkəzinə 5340 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2,4 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 2884 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 337 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 897 sənəd (256 ərizə, 504 məktub, 137 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174

Oxşar yazılar