Vətəndaşlar rektorlardan təhsil nazirinə şikayət etdilər
07 dekabr 2013 10:03 (UTC +04:00)

Vətəndaşlar rektorlardan təhsil nazirinə şikayət etdilər

 

Təhsil naziri Mikayıl Cabbarov Sumqayıtda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, müxtəlif səbəblərdən təhsildən kənarda qalmış məktəbyaşlı uşaqların təhsilinin davam etdirilməsi, təhsil sənədlərinin tanınması, təhsil müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə əlaqədar müraciət ediblər.

 

114 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

 

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157

Oxşar yazılar