Vətəndaşlar nazirə nədən danışdılar?
12 aprel 2013 15:21 (UTC +04:00)

Vətəndaşlar nazirə nədən danışdılar?

0

Aprelin 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edib. Bu barədə Lent. az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şabranda keçirilən qəbul zamanı bölgə rayonlarının (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı)  100 nəfərdən çox sakininin müraciətləri dinlənilib. Müraciətlərdə nazirliyin fəaliyyət sahələri ilə bağlı qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının və nazirlik yanında İctimai Şuranın üzvlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə  araşdırılıb.

Müraciətlərin bir qismi elə yerindəcə həllini tapıb. Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən “Özünədəstək”  proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 903

Oxşar yazılar