Vergilər Nazirliyinin departament və idarələrinin adları dəyişdirilib
28 yanvar 2013 18:43 (UTC +04:00)

Vergilər Nazirliyinin departament və idarələrinin adları dəyişdirilib

Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişikliklər edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  Vergilər Nazirliyinin yanında, tabeliyində olan İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament, Bakı Şəhər Vergilər Departamenti, Ərazi Vergilər İdarəsi müvafiq olaraq Vergilər Nazirliyinin yanında, tabeliyində olan Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Bakı Şəhəri Vergilər Departamenti, Ərazi vergilər idarələri və rayon vergilər şöbələri ilə əvəz edilib.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı da təsdiq edib. Vergilər Nazirliyinin Tədris Mərkəzi Vergilər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2083
avatar

Oxşar yazılar