Vəkil olmaq istəyənlərin nəzərinə...
15 fevral 2013 12:33 (UTC +04:00)

Vəkil olmaq istəyənlərin nəzərinə...

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır. Kollegiyadan Lent.az-a verilən məlumata görə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

  1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş)
  3. Ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti
  4. Əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti
  5. Kadrların şəxsi məlumat vərəqəsi
  6. Tərcümeyi-hal
  7. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış
  8. 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil
  9. 4-6 ölçüdə 4 ədəd rəngli fotoşəkil

 

Sənədlər Bakı şəhəri, S. Vurğun küçəsi 32-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında 2013-cü il mart ayının 4-dən iyun ayının 4-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 14.00-dan 18.00-dək qəbul olunur. İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin telefonları: 594-14-95 və 594-08-70

# 1410
avatar

Oxşar yazılar