Müəyyən xəstəliklərdən əziyyət çəkən uşaqlar cari ildən Ukraynanın Lvov şəhərindəki Beynəlxalq bərpa müalicəsi klinikasında reabilitasiya kursu keçəcəklər. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirliyin bir qrup əməkdaşı ilə sözügedən klinikanın rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub.
Səfər zamanı Nazirliyin əməkdaşları klinikanın iş təcrübəsi, burada aparılan reabilitasiya metodları ilə yaxından tanış olublar. Onlara bildirilib ki, bu vaxtacan dünyanın 60 ölkəsindən 40 mindən çox uşaq klinikada reabilitasiya kursu keçib və yüksək nəticələr əldə edilib.