Uşaqların da prokuror, məhkəmə və vəkilləri olacaq
14 yanvar 2014 15:34 (UTC +04:00)

Uşaqların da prokuror, məhkəmə və vəkilləri olacaq

Azərbaycanda uzun müddətdir müzakirəsi ləngiyən uşaq hüquqi ilə bağlı yeni qanun layihəsi yaz sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Yuvenal ədliyyə haqqında” adlı yeni qanun layihəsi artıq yaz sessiyasının iş planına daxil edilib.

 

Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri də cəlb olunub. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını, uşaq cinayətləri üzrə məhkəmə, prokuror və vəkillərin ixtisaslaşdırılmasını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017
avatar

Oxşar yazılar