Uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ikinci yerdəyik
25 aprel 2019 13:24 (UTC +04:00)

Uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ikinci yerdəyik

 
“Azərbaycanda doğulan uşaqların cins nisbətində pozulma müşahidə edilməkdədir. Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra dünyada ikinci yerdədir”.
 
Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda hər 100 qıza 114 oğlan doğulur: “Normal halda hər 100 qıza 105 oğlan doğulmalıdır. Son 10 il ərzində bu nisbət nəinki aşağı enib, əksinə artıb. Hazırda bu problemin aradan qaldırılması istiqamətində müəyyən işlər aparılır. Belə ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə Milli Məclisdə baxılır. Qanun layihəsində qadınların və kişilərin reproduktiv sağlamlıqla bağlı hüquqları müəyyən edilib”.
Şöbə müdiri bildirib ki, cins nisbətindəki problemin aradan qaldırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və Dövlət Komitəsi tərəfindən milli fəaliyyət planının layihəsi hazırlanıb: “Layihənin hazırlanması selektiv abortların aradan qaldırılmasına hesablanıb. Azərbaycanda selektiv abortlar var, bununla mübarizə aparılmalı və selektiv abortlarla bağlı maarifləndirmə tədbirləri gücləndirilməlidir. Bundan başqa, Cinayət Məcəlləsində abortlarla bağlı məsuliyyət növləri artırılmalıdır. Bu məsələ gündəmdədir”.
 
E. Səfərov qeyd edib ki, Milli Uşaq Strategiyası və Uşaq Məcəlləsinin layihələri də hazırdır, həmin layihələrdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görüləcək bütün işlər əksini tapıb: “Strategiya hazırlanarkən Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində problemli sahələr müəyyən olunub. Milli Uşaq Strategiyası 2019-2029-cu illəri əhatə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939
avatar

Oxşar yazılar