“Azərbaycanda iaşə obyektlərinə məhsul verən müəssisələr ciddi nəzarətə götürüləcək”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.
Əbülfət İmanov bununla bağlı digər müvafiq dövlət orqanları ilə birgə iş aparılacağını bildirib: “Bir gün vaxtı keçmiş isti yeməklərin, yarımfabrikatların məktəb bufetlərində və uşaq baxçalarında istifadəsinə icazə verilməyəcək. Uşaq qidaları ilə bağlı standart qəbul olunub, sentyabrın 2-də qüvvəyə minəcək. Bu günün sonuna qədər qadağan olunan məhsulların siyahısı ictimaiyyətə açıqlanacaq”.