Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarıla bilərmi?- RƏSMİ
01 noyabr 2013 12:01 (UTC +04:00)

Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarıla bilərmi?- RƏSMİ

Milli Məclisin Komitə sədri Şəmsəddin Hacıyev uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalı olduğunu bildirib. Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini də öyrəndik. Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən təklif irəli sürülməyib: “Hazırda əsas hədəflərdən biri məktəbəqədər müəssisələrdə çalışan pedaqoji kadrların uşaqlarla iş sahəsində səriştəlilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir”.

Təhsil Nazirliyindən onu da vurğulayıblar ki, yerli təhsil şöbələrinin ləğvi və həmin qurumların əvəzində regional təhsil idarələrinin yaradılması hazırda müzakirə mövzusu deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209

Oxşar yazılar