UNİCEF-də gənclərin regional liderləri ilə görüş olub
22 fevral 2013 17:12 (UTC +04:00)

UNİCEF-də gənclərin regional liderləri ilə görüş olub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi, Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin regional liderləri ilə UNİCEF-in ofisində görüş olub. Lent.az-ın məlumatına görə, görüşdə UNICEF-in ölkə direktoru Mark Herevard və qurumun digər rəsmiləri, layihənin əsas koordinatoru Nik Nvolisa, regional koordinator Həcər Əsgərova, regional liderlər Ülviyyə Babayeva, Rafiq Əliyev, Ceyhun Quliyev, Fuad Sadıqov və Nuridə Həsənova iştirak ediblər.

Regional liderlər layihənin icrasında iştirak edən könüllü yeniyetmə və gənclərdən ibarət Təbliğat Qruplarının çoxşaxəli fəaliyyətindən, gənclərin ən çox üzləşdikləri erkən evlilik, narkotikadan istifadə hallarına, sağlam həyat tərzinə, ətraf mühitin mühafizəsinə zidd hallara qarşı mübarizə məqsədilə apardıqları maarifləndirmə və təbliğat işləri barədə Mark Herevarda məlumat veriblər.

 

Regional liderlər UNİCEF-in ofisi ilə tanış olublar. Təşkilatın əməkdaşları Ayda Aylarova, Elnur Əliyev, Natiq Umarov, Leyla Həsənova və Kənan Məmmədli onlara ayrı-ayrı departamentlərin fəaliyyəti barədə məlumat veriblər.

“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin gənc liderləri həmçinin Gənclər və İdman Nazirliyində görüşdə olublar. Nazir müavini İntiqam Babayev layihənin gedişi ilə maraqlanıb və regionda belə bir layihənin həyata keçirilməsini gənclərin ictimai fəallığının artırılması istiqamətində uğurlu bir addım olduğunu vurğulayıb. Xatırladırıq ki, məqsədi regiondakı gənclər və yeniyetmələri idarəetmə işlərinə daha yaxından cəlb olunmaları istiqamətində təlimləndirməkdən, ətrafda baş verənlərə daha fəal mövqe nümayiş etdirməyə həvəsləndirməkdən, gənclərin həyatı ilə bağlı müsbət dəyişiklikləri müdafiə etməkdən ibarət olan layihənin icrasına 2011-ci ilin oktyabr ayından başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar