UNEC-in Zaqatala filialının açılışı olub
15 sentyabr 2016 17:12 (UTC +04:00)

UNEC-in Zaqatala filialının açılışı olub

0

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının açılışı olub.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov yeni dərs ili münasibəti ilə universitetin pedaqoji heyətini və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Ölkə başçısının UNEC-in Zaqatala filialına dair sərəncamı universitetə göstərilən diqqət və etimadın nəticəsidir

 

Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə isə çıxış edərək Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Zaqatalada fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

 

Tədbirdə çıxış edən UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev bildirib ki, filialda Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və Maliyyə ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Burada ölkənin 37 rayonundan 113 tələbə təhsil alacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-in Zaqatala filialı hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar