UNEC-dən tələbələrə inanılmaz fürsət –<span style="color:red;"> 4 ilə 2 diplom
21 iyul 2017 12:49 (UTC +04:00)

UNEC-dən tələbələrə inanılmaz fürsət – 4 ilə 2 diplom

0

 

UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilir.

 

Universitetdən Lent.az-a verilən məlumata görə, proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətə davamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

 

Bildirilir ki, iki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olmalıdır.

 

Qeyd edək ki, UDİD proqramına təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirən tələbələr müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar