Üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a Dövlət Neft Şirkətindən məlumat verilib. Təmir işləri ilə əlaqədar olaraq 25 yanvar 2013-cü il tarixdə saat 10:00-dan 17:00-dək “Tərtər” və “Bərdə” Avtomatik Qazpaylayıcı Stansiyalarında, həmçinin “Azadqaraqoyunlu” Avtomatik Qazpaylayıcı Stansiyasının “Ağdam-Dördyol” və “Tərtər-2” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
Üç rayonun qazı kəsiləcək
1458