Türkiyəli şair Yazıçılar Birliyində anılıb
09 fevral 2013 11:11 (UTC +04:00)

Türkiyəli şair Yazıçılar Birliyində anılıb

Məşhur "Qarabağa məktub" şeirlər silsiləsinin müəllifi böyük şair Aydın Karakoç Yazıçılar Birliyində anılıb. Lent.az-ın məlumatına görə, qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türk dünyasının böyük şairi və aydını A. Karakoçun Azərbaycanda silsilə tədbirlər şəkildə yad edilməsi və Azərbaycan oxucularına daha yaxından tanıdılmasının vacibliyindən və əhəmiyyətindən danışıb.

Tədbirdə iştirak edən və A. Karakoçla bağlı tədbirlər silsiləsinin təşkilatçısı, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva həyata keçirilən bu silsilə tədbirlərin məqsədinin Türk dünyasının böyük şairi-aydını A.Karakoçun Azərbaycan oxucularına daha yaxından tanıdılması və gənc nəsillərə bu böyük şair və aydının fikir və düşüncələrinin daha geniş çatdırılması olduğunu bildirib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan, AYB-nin katibi Arif Əmrahoğlu çıxış edərək öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, A. Karakoçla bağlı 3 gün davam edən tədbirlər silsiləsi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar