Türkiyədə  "Xocalı qətliamı və Qarabağ problemi" mövzusunda konfrans keçirilib
26 fevral 2014 00:35 (UTC +04:00)

Türkiyədə  "Xocalı qətliamı və Qarabağ problemi" mövzusunda konfrans keçirilib

Fevralın 25-də  Xocalı Soyqırımının 22-ci ildönümü ilə bağlı Türkiyədəki səfirliyimizin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində Türkiyənin nüfuzlu QHT-lərindən biri,Türkiyə Vəkillər Kollegiyasının (Türkiye Barolar Birliği) binasında sözügedən qurum ilə birgə "Xocalı qətliyamı və Qarabağ problemi" mövzusunda iki sessiyadan ibarət geniştərkibli konfrans keçirilib.

 

Səfilikdən Lent.az-a verilən məlumata görə, Azərbaycandan olan deputatlar - Arif Rəhimzadə, Qənirə Paşayeva, Rüstəm Xəlilov, Türkiyə Vəkillər Kollegiyasının idarə heyətininüzvləri başda olmaqla həmin qurumun çox sayda üzvü, Türkiyə Ana Yasa

Məhkəməsinin keçmiş sədri Yekta Güngör Özden, ölkə QHT-lərinin rəhbərləri və təmsilçiləri, elm xadimi və ekspertlər, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər və KİV təmsilçiləri iştirak edib.

 

 

Konfrans Xocalı Soyqırımı ilə bağlı Türkiyə türkcəsində hazırlanmış müfəssəl sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra Türkiyə Vəkillər Kollegiyası idarə heyətinin üzvü İzzet Varan, səfir Faiq Bağırov və deputalar çıxış edib.

 

Ardından konfransın "Beynəlxalq hüquq təməlində Qarabağ Problemi" mövzusunda olan birinci sessiyası öz işinə başlayıb. Qeyd olunan sessiyanı Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Abullah Buksır aparıb.

 

Sözügedən sessiyada millət vəkili Qənirə Paşayeva, tanınmış alim Prof. Dr. Ümit Özdağ, Qazi Universitetinin professoru Cəmaləddin Taşkıran və Giresun Universitetinin Rektoru Prof. Dr. Aygün Attar təqdimat ilə çıxış ediblər.

 

Fasilənin ardından tədbirin "İnsan hüquqları təməlində Xocalı qətliamı"  mövzusunda olan ikinci sessiyası öz işinə başlayıb. Sessiyanı Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Əhməd Dəmirci aparıb. İkinci sessiyada isə Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, “Xocalıya ədalət!” beynəlxalq kompaniyasının Türkiyə nümayəndəsi Doç. Dr. Gözge Kılıç Yaşın, millət vəkili Rüstəm Xəlilov və CHP-nin sabiq millət vəkili Onur Öymen öz təqdimatlarını auditoriya ilə bölüşüblər.

 

Tədbir iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı təbliğat materialları təqdim olunub.

# 603
avatar

Oxşar yazılar